Çələbi

Size: 60×80

850.00 

Category

Additional Information

Qarabağ tipinə aid olan qədim xovlu xalçaları yaçlı xalçaçılar “Çələbi” adlandırsalarda həmin xalçaları çox vaxt “Çələbirt” adlandırırdılar. Əslində isə xalçanın adı “Çələbi”dir – sonralar xalça alıcıları və tacirlər tərəfindən təhrif olunmuş və Avropada xalça sənətşünasları “Çelabirt” kimi tanınmışdır. Bu xalçanın ilk dəfə hazırlandığı yer Bərdədən 10 km şərqdə yerləşən Çələbilər kəndi olmuşdur. “Çələbi” xalçalarının kompozisiyası və quruluşu məhz bu kənddə yaranmış və təkmilləşmişdir; daha sonra Dağlıq Qarabağda, Aranda və xüsusilə, XIX əsrdən Qazax əyalətində və digər xalçaçılıq məntəqələrində yayılmaqla, onlar müxtəlf adlar altında məşhurluq qazanmışlar.

Azərbaycanın cənub-qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda — dağlıq və aran zonalarında inkişaf etmişdir. Yazılı mənbələrdə ərəb tarixçiləri Əl-Müqəddəsi, Məsudi və b. tərəfindən X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağın Dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Malıbəyli, Çanaxça, Tuğ, Tuğlar, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Tutmas kəndləri əsas rol oynayırdılar. Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran rayonlarında Cəbrayıl, Ağdam, Bərdə və Füzuli xalça istehsalında əsas yer tutur. Bu mərkəzin hər birində əhalisi satış üçün intensiv şəkildə xalça toxuyan çoxlu miqdarda kəndlər mövcud olmuşdur. Öz bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalça istehsalı mərkəzləri də Qarabağ xalça məktəbinə daxildirlər. “Aran”, “Bağçadagüllər“, “Balıq”, “Buynuz“, “Bərdə”, “Bəhmənli“, “Qarabağ”, “Qoca“, “Qasımuşağı”, “Ləmbərani“, “Muğan”, “Talış”, “Ləmpə”, “Malıbəyli“, “Xanqərvənd”, “Xanlıq”, “Xantirmə”, “Çələbi”, “Şabalıdbuta”, və s. çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı — gəbələr geniş yayılmışdır.

Delivery

Delivery is carried out by courier within 3 days (72 hours).

Delivery within the city is 20 AZN.

Fast Delivery

Express delivery is provided by the courier within 1 day (24 hours).

Delivery within the city is 70 AZN

Certificate

Certificate (authorization document)

In order to take the works to foreign countries, it is necessary to obtain a special certificate (authorization document).
An expert commission is organized every Wednesday and a certificate is issued within 7 days.

You can save your time and take advantage of our service for obtaining the Certificate.

The price of the service is 80 AZN.
The duration of the received certificate is 5 years.

Packing

It is for painting only.
The painting is wrapped in plain pink kraft paper.
The price of the service varies depending on the size:
Small 20 AZN
Medium 35 AZN
Big 50 AZN